Geniş tərkibi ilə mətbəxinizdə ən dəyərli köməkçiniz olacaq qazan dəsti Avropa brendi olan Evfemiya tərəfindən premium keyfiyyətdə istehsal edilmişdir. Modelin divarlarının qalınlığı 6 mm təşkil edir ki, bu da istiliyin uzun müddət sabit qalmasına, ağırlığı ilə dözümlü olmasına zəmanət verir. Heç bir zaman dəbdən düşməyəcək polad qazan dəsti ən son texnologiyalarla hazırlanmışdır. Model karroziya və paslanmaya son dərəcə davamlıdır. Qeyd etmək lazımdır ki, məhsulun dizaynı yeməklərin bişirilmə xüsusiyyətinə görə istehsal edilmişdir. Dərin qazanlar ümumilikdə şorba hazırlanması üçün əlverişlidir. Geniş həcmi sayəsində bütün ailəniz üçün ləzzətli təamlarla süfrənizi bəzəyə bilərsiniz.
Dəstə daxildir:
- 18 sm qazan + qapaq
- 20 sm qazan + qapaq
- 24 sm qazan + qapaq
- 24 sm qarnıyarıq qazan